“Narahat olmayın, dağıdıcı zəlzələ gözlənilmir” - Qurban Yetirmişli

“Narahat olmayın, dağıdıcı zəlzələ gözlənilmir” - Qurban Yetirmişli
  16 Noyabr 2017    Oxunub:7629
Azərbaycanda baş verən zəlzələnin İrandakı zəlzələ ilə heç bir əlaqəsi yoxdur.

Bunu AzVision.az-a açıqlamasında AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, Ağdamda qeydə alınan zəlzələ Azərbaycanda olan tektonik qırılmarlarla bağlı gedən endomik proses nəticəsində baş vermiş zəlzələdir.
“Azərbaycanda ilin əvvəlindən bu günə qədər 4 minə yaxın təkan olub. Bunların içərisində hiss olunanı da var. Dünən Ağdamda baş verən zəlzələ orta gücə malikdir, dağıdıcı və katastrofik zəlzələ deyil. Həmin episentrdə bizim stansiya yerləşir. Stansiyanın binasında çat və ya dağıntı yoxdur”.

Q.Yetirmişli qeyd edib ki, zəlzələnin bir çox rayonlara hiss olunmasının səbəbi yeraltı təkanların 25 km dərinlikdə, 5.7 maqnitudada baş verməsidir.

“Zəlzələ episentrdə 5 baldan artıqdır, ola bilsin 6 bala yaxındır. Bütün ərazilərə, binalara vizual şəkildə baxılıb, xəritə qurulmalıdır ki, zəlzələ hara qədər hiss olunub. Əhali qorxmasın, narahat olmayın, dağıdıcı zəlzələ gözlənilmir. Qarabağ zonası üçün bundan artıq zəlzələ ola bilməz. Axşamdan indiyə qədər xırda təkanlar davam edir. Onların içərisində 1-2-si hiss olunub. Bu, o deməkdir ki, 30-dan çox təkanın enerji boşalması gedir və ocaqda proseslər sakitləşir. Ümumiyyətlə, Azərbaycanda katastrofik zəlzələ gözlənilmir. Hiss olunan zəlzələlərin baş vermə ehtimalı hər zaman var”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti