Ağdamda 30-dan çox afterşok qeydə alınıb

Ağdamda 30-dan çox afterşok qeydə alınıb
  16 Noyabr 2017    Oxunub:1266
Noyabrın 15-də yerli vaxtla saat 23:48:03-də Ağdam rayonu ərazisində 6 bala yaxın zəlzələ baş verib. Dərinliyi 25 kilometr olan yeraltı təkanların afterşokları davam edir. İndiyədək 30-dan çox afterşok qeydə alınıb. Lakin təkanlar zəif olduğundan əksər vaxt hiss olunmur.
AzVision.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağdamda baş verən zəlzələnin ardından yerli vaxtla saat 02:02:27-də Bərdə rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Ocağı 25 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,2 bal gücündə olub və episentrdə 3 bala qədər hiss edilib.

AzVision.az


Teqlər: Ağdam   Zəlzələ  





Xəbər lenti