Azərbaycanda hazırlanan qanun layihəsi Cenevrəyə göndərilib

  16 Noyabr 2017    Oxunub : 404
Azərbaycanda hazırlanan qanun layihəsi Cenevrəyə göndərilib

““Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsi təsadüfi meydana gəlməyib. Belə cinayətlərin qarşısının alınması üçün hüquqi baza formalaşmalıdır”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov parlamentdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” mövzusunda keçirilən müzakirə zamanı deyib.

Şöbə müdiri bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasına baxmayaraq, bu məsələdə əsas rol dövlətlərə məxsusdur: “Bunun üçün müvafiq qanunvericilik bazası yaradılmalıdır. Hazırlanan layihə bunun tərkib hissəsidir. Hərbi cinayətlər, soyqırım aktları beynəlxalq konvensiyalarda mövcuddursa, insanlıq əleyhinə cinayətlər isə heç bir beynəlxalq konvensiyanın predmeti deyil. Hazırladığımız layihədə bu məsələlər əksini tapıb. Qanun layihəsi ingilis dilinə tərcümə edilərək Cenevrəyə göndərilib ki, oradan ekspertlərin rəyi alınsın. Verilən rəyə uyğun layihə təkmilləşdirilərək ictimaiyyətə təqdim edəcəyik”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis