Milyarder yeni gəmisinə Natiq Əliyevin adını verdi

Milyarder yeni gəmisinə Natiq Əliyevin adını verdi
  16 Noyabr 2017    Oxunub:9076
"Palmali Şirkətlər Qrupu"nun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını verib.

AzVision.az-ın məlumata görə, gəmi neft və neft məhsulları daşıyacaq. Gəminin ən böyük özəlliyi buzları qıra bilməsidir.
Mübariz Mənsimov Natiq Əliyevlə bağlı xatirələrini bölüşüb: "20 illik dostluğumuz var. Sadiq və vətənə sevgisi ilə yaddaşımda hər zaman qalacaq. "Azərbaycan üçün, ölkəm və xalqım üçün hər şey edərəm" deyərək Azərbaycanı layiqincə dünyada təmsil edirdi. Bu, çox özəl gəmidir. Buzları belə qıraraq üzən gəmi... Dünya sularında olacaq və dostumun adını okeanlarda tanıdacaq. Natiq Əliyevi yalnız Azərbaycan deyil, bütün Türk dünyası itirdi"

Xatırladaq ki, Natıq Əliyev bir neçə ay öncə dünyasını dəyişib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Natiq-Əliyev   Mübariz-Mənsimov  





Xəbər lenti