Mingəçevirdə zəlzələ nəticəsində 71 nəfər təcili yardım çağırıb

Mingəçevirdə zəlzələ nəticəsində 71 nəfər təcili yardım çağırıb
  16 Noyabr 2017    Oxunub:4007
Mingəçevr şəhərində baş verən zəlzələ nəticəsində 71 nəfər Təcili və Təxirsalınmaz Tibbi yardım Stansiyasına müraciət edib.

Stansiyanın növbətçi həkimi Rəhim Quliyev AzVision.az-a bildirib ki, bu gün saat 09:00-a qədər çağırışların sayı ikiqat artıb.
“Müraciət edənlər arasında xəstəxanaya yerləşdirilənlər də var. İnsanlar zəlzələnin yaratdığı qorxu və şokdan narahatlıq keçiriblər. Bizə əsasən şəkər, təzyiq problemi olan xəstələr müraciət edib” - R,Quliyev qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Mingəçevir   Zəlzələ   Həkim  





Xəbər lenti