"Qoşa Təpə" gömrüyündə narkotik əməliyyatı

"Qoşa Təpə" gömrüyündə narkotik əməliyyatı
  16 Noyabr 2017    Oxunub:1298
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn qonşu ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
DGK-dan AzVision.az-a verilən xəbərə görə, baxış zamanı, xidməti it avtomobilin salonuna reaksiya verib və həmin nəqliyyat vasitəsi əsaslı yoxlanılıb. Nəticədə, avtomobilin sürücü oturacağının arxasında, əşyaların saxlanılması üçün nəzərdə tutulan ciblikdə gömrük nəzarətinə bəyan olunmayan 50 konvalyut - cəmi 500 həb "Alprazolam 0.5" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Alprazolam" adlı dərman preparatı "Azərbaycan ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar"ın III siyahısına daxildir.

Aşkar edilən 500 həbin tərkibində alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,25 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Narkotik  





Xəbər lenti