BP rəsmisi: “Çelsi” ilə oyunda “Qarabağ”a azarkeşlik edəcəyəm

BP rəsmisi: “Çelsi” ilə oyunda “Qarabağ”a azarkeşlik edəcəyəm
  16 Noyabr 2017    Oxunub:2808
"Azərbaycan neftinin iki milyard ton hasilatı ölkə tarixində mühüm göstərici və tarixi hadisədir".
AzVision.az xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional meneceri Qari Cons bildirib.

"BP Azərbaycanda 25 ilə yaxındır ki, təhlükəsiz və effektiv şəkildə fəaliyyət göstərir. Biz Azərbaycanda çox uğurlu və hərtərəfli əməkdaşlıq qura bilmişik. Biz bu yaxınlarda yeni neft müqaviləsi bağlamaqla əməkdaşlığımızda yeni mərhələ açdıq. Cənab Rövnəq Abdullayevlə mənim bir ortaq cəhətimiz var. Biz ikimiz də futbol azarkeşiyik" - BP rəsmisi qeyd edib.

Qari Cons Çempionlar Liqasında "Qarabağ" futbol klubuna azarkeşlik etdiyini deyib: "Mən bilirəm ki, gələn həftə Çempionlar Liqası çərçivəsində "Qarabağ" və "Çelsi" qarşılaşacaq. Düzdür, mən ölkənizdə olmasam da, bütün qəlbimlə "Qarabağ"a azarkeşlik edəcəyəm".

Eldar Tanrıverdyev
AzVision.az


Teqlər: BP   Qarabağ  





Xəbər lenti