Bakıda avtobusdan Albaniya dövrünə aid pullar tapılıb - FOTO

Bakıda avtobusdan Albaniya dövrünə aid pullar tapılıb - FOTO
  16 Noyabr 2017    Oxunub:5241
"BakuBus" avtobusunun salonundan Azərbaycanın qədim dövrünə (Albaniya dövlətinə aid olduğu güman edilən) aid maddi mədəniyyət numunələri - gümüş və mis pullar tapılıb.
“BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin AzVision.az-a verdiyi məlumata görə, bununla bağlı olaraq artıq Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilib.

Tapılan tarixi ekspanatlar qanunvericiliyə uyğun şəkildə aidiyyatı üzrə təqdim olunacaq.



Aytən Zəhra
AzVision.az


Teqlər: BNA  





Xəbər lenti