Əhalinin sayı 9 milyon 875 min 273 nəfərə çatdı

Əhalinin sayı 9 milyon 875 min 273 nəfərə çatdı
  16 Noyabr 2017    Oxunub:1329
İlin əvvəlindən ölkə əhalisinin sayı 65 292 nəfər və ya 0,7% artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 875 min 273 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 114 nəfər olub.

Əhalinin ümumi sayının 53%-ini şəhər, 47%-ini kənd sakinləri, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Aytən Zəhra
AzVision.az


Teqlər: Əhali   Azərbaycan  





Xəbər lenti