Məmmədyarov Nalbandyanla görüş təklifini qəbul edib

Məmmədyarov Nalbandyanla görüş təklifini qəbul edib
  16 Noyabr 2017    Oxunub:2349
Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb.
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib ki, görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır.

“Görüş əsnasında təklif olundu ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirdi”.

XİN rəsmisi əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ATƏT   Qarabağ   Məmmədyarov  





Xəbər lenti