Ərdoğan: “Putin Qarabağ münaqişəsinin həllinə ümid etmir”

Ərdoğan: “Putin Qarabağ münaqişəsinin həllinə ümid etmir”
  17 Noyabr 2017    Oxunub:7580
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə Ərdoğan türkiyəli jurnalistlərə açıqlamasında bildirib.

“Cənab Putinlə Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələri - star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin o, çox da ümidli deyil. Məncə, bu, iki tərəf arasındakı münasibətlərlə əlaqədardır”, - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə baş tutub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ərdoğan   Putin   Qarabağ  





Xəbər lenti