Dövlət din xadimlərinə maaş verəcək

Dövlət din xadimlərinə maaş verəcək
  17 Noyabr 2017    Oxunub:4766
“Növbəti ildən din xadimlərinə məvaciblərin ayrılması nəzərdə tutulur”.
AzVision.az xəbər verir ki,bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. O bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondu təsis edilib.

“Bu proses Fond tərəfindən həyata keçiriləcək. Burada Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən rəsmi təyin olunmuş din xadimlərinə əmək haqqı ayrılmasından söhbət gedir. QMİ tərəfindən təyin olunmuş şəxslərin siyahısı dövlət komitəsinə təqdim olunduqdan sonra Fond vasitəsilə din xadimlərinə məvacib veriləcək. Məvacibin miqdarı isə din xadiminin tutduğu vəzifədən aslı olacaq. Bunun üzərində hazırsa iş gedir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: QMİ  





Xəbər lenti