“Azərişıq” qışa hazırdır

“Azərişıq” qışa hazırdır
  17 Noyabr 2017    Oxunub:1395
2017-2018-ci ilin payız-qış mövsümünə “Azərişıq” ASC tam hazırdır.
“Azərişıq” ASC-dən AzVision.az-a verilən məlumata görə, 2017-2018-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək: “Son illərdə apardığımız yenidənqurma işləri, əsaslı təmir-tikinti bunu deməyə əsas verir. Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallarımız, avadanlıqlarımız, maşın-mexanizmlərimiz var, ehtiyatımız böyükdür.

Hazırda bütün yarımstansiyalarımızda təftiş işləri davam etdirilir. Havanın şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ şəkildə aradan qalıdırılmasına tam hazırıq. Bizim 24 saat fəaliyyət göstərən çağrı mərkəzimiz var. Abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə deyə bilərlər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azərişıq  





Xəbər lenti