Elçi düşülən azyaşlı qız Komitənin nəzarətindədir - Rəsmi

Elçi düşülən azyaşlı qız Komitənin nəzarətindədir - Rəsmi
  17 Noyabr 2017    Oxunub:2692
“Xəzər” televiziyasının “5-də 5” verilişinin aparıcısı Zaur Kamalın verilişində elçi düşülən azyaşlı qız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.
Bu barədə AzVision.az-a Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova deyib. O, bildirib ki, Ağdam rayonu üzrə Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzi həmin qızla maraqlanıb.

“Qızın təhsil aldığı məktəbin direktoru ilə əlaqə saxlanılıb, onunla danışılıb. Şagird hal-hazırda dərsə gedir, onun davamiyyəti nəzarətdədir. Şagirdlə söhbət aparılıb. Qız bildirib ki, çəkiliş qəflətən olub və onların gələcəyindən xəbəri olmayıb. Məktəbli qız deyib ki, elçi gələn tərəfi tanımır. Biz də bu məsələyə ciddi nəzarət edirik. Həm icra hakimiyyəti, həm Ağdam rayon təhsil şöbəsi ilə əlaqə saxlamışıq. Ümumilikdə isə bildirmək istəyirik ki, biz bu hadisəyə biz çox pis baxırıq”.

Dövlətin nikah yaşı ilə bağlı siyasəti, qanunun olduğunu xatırladan A.Veysəlova bildirib ki, erkən nikah yaşını təbliğ edən verilişlər qəbuledilməzdir: “Səhərdən axşamadək kəndlərdə, rayonlarda erkən nikaha qarşı iş aparırıq. Hal-hazırda qız nəzarətdədir, dərsinə davam edir. Bu məsələlər başa çatanacan qız nəzarətimizdə olacaq.”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Ağdam   Komitə  





Xəbər lenti