Komanda-qərargah hərb oyunları davam edir - VİDEO

Komanda-qərargah hərb oyunları davam edir - VİDEO
  18 Noyabr 2017    Oxunub:1256
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin cəlb edildiyi komanda-qərargah hərb oyunlarının birinci - hazırlıq mərhələsi Naxçıvan Qarnizonunun qoşunlarında başa çatdırılaraq ikinci mərhələyə start verilib.
Əlahiddə Ümumqoşun Ordunun birbaşa və əməliyyat tabeliyində olan birləşmə və hissələrin qərargahlarında komanda-qərargah hərb oyunlarına hazırlıq planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilib.

Zabitlərin, qərargahların və ümumilikdə qoşunların hərb oyununda iştirakının yüksək səviyyədə təşkil edilməsi məqsədilə müxtəlif kateqoriyadan olan zabitlərlə toplantı və mühazirələr, eləcə də qoşunların idarə olunmasında komandir heyətinin praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün radioməşqlər keçirilib.

Yeni istismara verilmiş Təlim və Tədris Mərkəzinin Hərb Oyunları Mərkəzində qarşıda duran tapşırıqların kompüter üzərində məşqi icra edilərək fəaliyyətlərin nəticələri təhlil edilib.

Komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti