"25 ildə əhalinin sayı 30 faiz artıb" - Baş nazirin müavini

  20 Noyabr 2017    Oxunub : 328
"25 ildə əhalinin sayı 30 faiz artıb" - Baş nazirin müavini

"Azərbaycan cəmiyyətində uşaq ən ali dəyərdir. Ailə fəlsəfəmizdə uşaq ailənin xoşbəxtliyinin, firavanlığının və özünə inamın simvoludur"

AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Uşaqların IV Ümumrespublika Forumunda deyib. O bildirib ki, hər bir vətəndaş sağlam uşaq böyütməyi ali vəzifə hesab edir.

"Bu fəlsəfə və dəyərlər dövlət uşaq siyasətinin təməlini təşkil edir və bu istiqamətdə görəcəyimiz işləri müəyyən edir. Bu səbədən Azərbaycan cəmiyyətində demoqrafik strukturunda uşaqlar kifayət qədər yüksək çəkiyə malikdir. Azərbaycanın son 25 ildə əhalisi təxminən 30 faiz artıb. Bu, o deməkdir ki, Azərbaycan cəmiyyəti sağlam təməl üzərində qurulub. Azərbaycan dövləti tərəfindən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində uşaqların sağlam böyüməsi, ən müasir təhsilə yiyələnməsi üçün lazım olan bütün şərait yaradılıb. Son illərlə onlarla xəstəxana, yüzlərlə məktəb tikilib. Azərbaycan müstəqilliyinə qovuşarkən əhalisinin sayı 7 milyon idi. Bir neçə aydan sonra isə Azərbaycanda 10 milyonunçu uşaq dünyaua göz acacaq".

Ə.Əhmədov bildirib ki, vətəndaşlarımızın sayının, ölkəmizin gücünün və qüdrətinin artması vacib amildir: "Biz eyni zamanda çalışmalıyıq ki, sadəcə sayımızın artması ilə deyil, eyni zamanda cəmiyyətin keyfiyyət parametlərinin yaxşılaşması ilə potensialımızı daha da gücləndiririk. Bu, o deməkdir ki, gənclərimiz və uşaqlarımız daha sağlam böyüməli, daha yaxşı səhiyyə xidməti almalı, daya yaxşı məktəblərdə oxumalı, daha yaxşı təhsil almalıdır. Uşaqlar həm sayca artmalı, həm də onların potensialını müəyyənləşdirən digər digər keyfiyyət parametlərinə malik olmalıdır. Bütün dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının qorunması, uşaqların sağlam və qayğısız böyüməsi üçün dövlət siyasətini həyata keçirilməsində kifayət qədər səmərəli fəaliyyət göstərir".

Aytən Zəhra
AzVision.az

Teqlər: Əli-Əhmədov