“İşbazlar uşaqların əməyindən istifadə edirlər” - General Oruc Zalov

“İşbazlar uşaqların əməyindən istifadə edirlər” - General Oruc Zalov
  20 Noyabr 2017    Oxunub:3159
“Azərbaycan azsaylı ölkələrdən biridir ki, hüquqi-mühafizə orqanlarında azyaşlılar üzrə inspeksiya sistemi fəaliyyət göstərir. Bu qurumun məqsədi azyaşlıların pis təsir altına düşməsinin qarşısını almaq, uşaqların təhsil, idman, istirahət hüquqlarının müdafiəsini təmin etməkdir”.
AzVision.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib.

Nazir müavininin sözlərinə görə, ailədaxili münaqişələrdən əziyyət çəkən, özünü tam ifadə edə bilməyən uşaqlar böyük şəhərlərə miqrasiya edirlər və onlar elə hesab edirlər ki, özlərini dolandıra biləcəklər: “Nəticədə ayrı-ayrı işbazlar uşaqların əməyindən istifadə edirlər. Bu kimi hallara qarşı aidiyyəti orqanlarla birlikdə profilaktik tədbirlər görülür”.

O. Zalov qeyd edib ki, uşaqların hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən lazımi tapşırıqlar verilib.

Aytən Zəhra
AzVision.az



Teqlər: DİN   Oruc-Zalov  





Xəbər lenti