Lavrov xilaskar Nağıyevin medalını atasına verdi

Lavrov xilaskar Nağıyevin medalını atasına verdi
  20 Noyabr 2017    Oxunub:3154
2013-cü ildə Moskva vilayətində çayda boğulan iki azyaşlını xilas edərkən həyatını itirən azərbaycanlı Nağıyev Salam Həmdulla oğlu Rusiya Fövqəladə Hallar Nazirliyinin medalına layiq görülüb.
AzVision.az-ın məlumatına görə, medalı Nağıyevin atasına Rusiya xarici işlər naziri Sergey Lavrov təqdim edib.

“Biz sizin övladınızı heç vaxt unutmayacağıq. O, öz həyatı hesabına bu uşaqları xilas etdi. Bu, bizim əlaqələrimizin dərinliyinin göstəricisidir. Mənim başsağlığımı həyat yoldaşınıza da çatdırın”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Lavrov  





Xəbər lenti