Rusiyanın XİN rəhbəri: “Qarabağ münaqişəsi heç kimə sərf etmir”

Rusiyanın XİN rəhbəri: “Qarabağ münaqişəsi heç kimə sərf etmir”
  20 Noyabr 2017    Oxunub:1408
"Rusiya ilə Azərbaycan strateji tərəfdaşdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi 60% artıb"
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib.

Lavrov bu gün Məmmədyarovla keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini bildirib.

"Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Qarabağ münaqişəsi heç kimə sərf etmir. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə münaqişə tərəflərinin qəbul edəcəyi hərtərəfli həll yolunun tapılması istiqamətində səylərimizi davam etdirəcəyik" - Rusiya XİN rəhbəri vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Lavrov   Rusiya   Qarabağ  





Xəbər lenti