İrəvanda qapalı görüş: Nazirlər Qarabağı müzakirə edib

İrəvanda qapalı görüş: Nazirlər Qarabağı müzakirə edib
  21 Noyabr 2017    Oxunub:2744
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Edvard Nalbandyanla görüş keçirib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, görüş mətbuat üçün qapalı keçirilib.
Məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ), Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və MDB çərçivəsində xarici siyasətdə qarşılıqlı əlaqələri, həmçinin BMT, ATƏT, Avropa Şurası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində mövqelərin koordinasiyası ilə bağlı danışıqlar aparıb.

Lavrov və Nalbandyan, həmçinin Dağlıq Qarabağ məsələsinin nizamlanması daxil olmaqla regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Lavrov   Ermənistan  





Xəbər lenti