Brüsseldə Azərbaycanla Aİ arasında aviasiya sazişi imzalanacaq

Brüsseldə Azərbaycanla Aİ arasında aviasiya sazişi imzalanacaq
  21 Noyabr 2017    Oxunub:3618
Noyabrın 24-də Brüsseldə keçiriləcək V Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında aviasiya sazişinin imzalanacağı gözlənilir.

Bu barədə AzVision.az Avropa İttifaqının mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.
“Sammit çərçivəsində Ermənistan və Azərbaycanla aviasiya sazişinin imzalanması gözlənilir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də Brüsseldə keçiriləcək V Şərq Tərəfdaşlığı sammitinə qatılacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan    





Xəbər lenti