185 min ton pambıq yığılıb

185 min ton pambıq yığılıb
  21 Noyabr 2017    Oxunub:1241
Noyabrın 21-dək ölkə üzrə 185 min 508,37 ton pambıq tədarük olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, ən çox pambıq tədarük edən rayonların siyahısına Saatlı (24527,30 ton), Biləsuvar (22662,24 ton), Bərdə (20000,47 ton), Ağcabədi (18029,21 ton) və Sabirabad (16492,50 ton) daxildir.

Qeyd edək ki, bu il ötən illə müqayisədə ölkə üzrə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

AzVision.az


Teqlər: pambıq  





Xəbər lenti