Deputat dövlət agentliyinin ləğvini təklif etdi

Deputat dövlət agentliyinin ləğvini təklif etdi
  21 Noyabr 2017    Oxunub:1309
Millət vəkili Qüdrət Həsənquliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğv edilərək Energetika Nazirliyinə birləşdirilməsini təklif edib.
AzVision.az xəbər verir ki, deputat belə təkliflə Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib.

Millət vəkili vurğulayıb ki, gələn ilin dövlət büdcəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 7 milyon manat ayrılıması nəzərdə tutulub. Q.Həsənquliyevin sözlərinə görə, nazirlik öz sahəsini inkişaf etdirməklə büdcəyə vəsait cəlb edə bilər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti