Xızıda 203 ədəd hərbi sursat aşkarlanıb

Xızıda 203 ədəd hərbi sursat aşkarlanıb
  22 Noyabr 2017    Oxunub:1256
Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, noyabrın 21-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış zamanı 203 ədəd partlamamış hərbi sursat (PHS), 218 ədəd partlamış-yanmış mərmi qalıqları və 691 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 174 000 kv.m (17.40 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 76 gün ərzində 19 494 ədəd partlamamış hərbi sursat (PHS), 8 959 ədəd partlamış-yanmış sursat qalıqları və 69 370 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 69 434 785 kv.m (6 943 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

AzVision.az


Teqlər: ANAMA   Mərmi  





Xəbər lenti