Ədliyyə naziri məhkumların qaçmasından danışdı

Ədliyyə naziri məhkumların qaçmasından danışdı
  22 Noyabr 2017    Oxunub:3950
"Ötən ay 2 təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərdi"

AzVision.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində deyib.
Nazir qeyd edib ki, nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində həbsdən qaçmış şəxslərdən biri Penitensiar Xidmət tərəfindən tutulub, digəri isə polis orqanları tərəfindən zərərsizləşdirilib.

F.Məmmədov vurğulayıb ki, xidməti yoxlama aparılaraq qanun pozuntularına və digər nöqsanlara yol verən əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb olunub, fakt üzrə prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır: "Penitensiar Xidmətin fəaliyyətində nizam-intizamın, əməliyyat-rejim və mühafizə tədbirlərinin, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsi ilə bağlı təsirli tədbirlər müəyyən edilərək həyata keçirilir".

AzVision.az


Teqlər: Ədliyyə   Nazir  





Xəbər lenti