İlham Əliyev Ukrayna prezidenti ilə görüşəcək

İlham Əliyev Ukrayna prezidenti ilə görüşəcək
  22 Noyabr 2017    Oxunub:1704
Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.
AzVision.az-ın “İnterfaks Azərbaycan”a istinadən verdiyi xəbərə görə, prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Azərbaycan prezidentinin Ukraynaya gözlənilən səfərinə hazırlıq da diqqət mərkəzində olacaq.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.

AzVision.az


Teqlər: İlham-Əliyev   Ukrayna  





Xəbər lenti