“Ölkəmizdə hakimlərin sayı ilə bağlı problemlər var” - Bahar Muradova

“Ölkəmizdə hakimlərin sayı ilə bağlı problemlər var” - Bahar Muradova
  22 Noyabr 2017    Oxunub:1519
“Azərbaycanda hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var. Bu yaxınlarda qəbul etdiyimiz qanunun özü də bu sahədə ciddi addımların atılmasını tələb edir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən vitse-spiker Bahar Muradova deyib.

Vitse-spiker bildirib ki, vəkillik rolunu oynayan nümayəndələrin fəaliyyətini tənzimləmək üçün qanunvericilik sahəsində atılan addımlar vəkillərin sayının artırılmasını vacib sayır:

“Burada vətəndaşların məqsədli şəkildə hüquqlarının pozulmasından söhbət getmir. İşlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir çox məsələləri aydınlaşdırmağın mümkün olmaması məhkəmə baxışı zamanı prosedurların pozulması hallarına gətirib çıxarır. Təbii ki, nəticəsindən, verilən hökmlərdən, aparılan istintaqdan narazı qalan vətəndaşlar öz hüquqlarının pozulduğu qənaətinə gəlirlər. Onlar hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edirlər”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis   Bahar-Muradova  





Xəbər lenti