Zakir Həsənov yaşayış kompleksinin açılışında - Fotolar

Zakir Həsənov yaşayış kompleksinin açılışında - Fotolar
  22 Noyabr 2017    Oxunub:1650
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışında iştirak edərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi bölmənin əsgər yataqxanasına, yeməkxanaya, tibb məntəqəsinə, sıra meydanına, idman şəhərciyinə, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib.

Sonra Müdafiə naziri döyüş növbətçiliyində dayanan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinin təyinatı, eləcə də taktiki-texniki xassələri ilə maraqlanıb.

Müdafiə nazirinə məruzə edilib ki, bölmənin sərəncamında olan müasir silah və döyüş texnikası bütün növ hava hədəflərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müxtəlif maneələr şəraitində məhv edilməsi imkanına malikdir.

Hava məkanının qorunması üzrə tapşırıqları yerinə yetirən bölmənin şəxsi heyətinin peşəkarlıq səviyyəsini və döyüş hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.

AzVision.az

Qalereya




Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti