Büdcədə neftin qiymətinə yenidən baxıla bilər

Büdcədə neftin qiymətinə yenidən baxıla bilər
  22 Noyabr 2017    Oxunub:1592
“Neftin qiymətinin hazırda 45 dollardan götürülməsində məqsəd riskləri qabaqlamaqdır. Hazırda neftin qiyməti bu göstəricidən yuxarıdır. Belə olacağı təqdirdə, biz gələn il büdcəyə may ayında yenidən baxa bilərik”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Spiker qeyd edib ki, lazım olacaqsa, gələn ilin may ayında büdcədə dəyişiklik edib, neftin qiymətinə yenidən baxa bilərik.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Oqtay-Əsədov  





Xəbər lenti