Vitse-spiker Bakı-Astara dəmir yolunun köçürülməsini istədi

Vitse-spiker Bakı-Astara dəmir yolunun köçürülməsini istədi
  22 Noyabr 2017    Oxunub:1403
“Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir. Bu dəmir yolu birbaşa dəniz sahilindən keçir, Lənkəran və Astara şəhərlərinin dənizə çıxışını bağlayır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı vitse-spiker Ziyafət Əsgərov deyib. Vitse-spiker qeyd edib ki, dəmir yolunun Lənkəran şəhərinin yuxarı hissəsinə köçürülməsi ilk növbədə dəmiryolu infrastrukturuna çox böyük töhfə olar və turizmin inkişafına, dəniz sahilinə yaxın ərazilərdə infrastrukturun genişləndirilməsinə kömək etmiş olar.

“Köçürülmə dəmir yolunun səmərəli işləməsinə şərait yaradacaq. Bu nə qədər tez baş versə, bir o qədər yaxşı olar. Bilirsiniz ki, Şimal-Cənub dəhlizi bir ilə istifadəyə veriləcək. Bu dəhliz istifadəyə veriləndən sonra köçürülmə çətin olacaq. Çünki, bu halda yükdaşımalar intensivləşəcək və artacaq. Buna görə hökumətdən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın. Bu, dəmir yolunun, eləcə də Lənkəran və Astara şəhərlərinin inkişaf etdirilməsi baxımdan çox böyük addım olar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Vitse-spiker  





Xəbər lenti