Kompüter oyunları beyni inkişaf etdirir – VİDEO

  21 Sentyabr 2013    Oxunub : 464
Kompüter oyunları beyni inkişaf etdirir – VİDEO
Mürəkkəb kompüter oyunları insan beynini yaxşılaşdırır.
AzVision.az 3dnews-a istinadən xəbər verir ki, kompüter oyunları əslində insan beynini inkişaf etdirir. Bunu Kaliforniya universitetinin alimləri sübut ediblər.

Tədqiqat nəticəsində məlum olub ki, gənc yaşda beyini mürəkkəb tapşırıqla yükləmək çox çətin olur və insanın diqqəti yayınır. Orta yaşlı insanlar isə bunun öhdəsindən gələ bilmirlər. Lakin 60 – 80 yaşlarında insanlar kompüter oyunlarını daha yaxşı mənimsəyir: onlar oyunun tapşırıqlarını diqqətlə və ehtiyatla yerinə yetirirlər. Bundan başqa, oyundan kənar mühitdə onların diqqəti daha da yaxşılaşır. Bunu empirik müşahidə və elektroensefaloqrafiyanın (EEQ) (insan beynini araşdırmağa, onun fizioloji vəziyyətindən asılı olaraq dəyişən elektrik fəallığını qiymətləndirməyə icazə verən müdaxiləsiz metod) nəticələri təsdiq edib.



AzVision.az

Teqlər: