Azərbaycan hərbçisinin meyiti təmas xəttində tapılıb

  23 Noyabr 2017    Oxunub : 3977
Azərbaycan hərbçisinin meyiti təmas xəttində tapılıb

Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

AzVision.az

Teqlər: Müdafiə-Nazirliyi