29 azərbaycanlı uşaq erməni girovluğundadır

29 azərbaycanlı uşaq erməni girovluğundadır
  24 Noyabr 2017    Oxunub:7049
"Ermənistanın təcavüzü nəticəsində üç yüz mindən artıq azərbaycanlı uşaq qaçqın və məcburi köçkün düşüb".

AzVision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
Komitə sədri deyib ki, hərbi münaqişə zamanı 175 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir:

"Dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub. 66 uşaq itkin düşüb, 29 uşaq isə hələ də girovluqdadır. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edib və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb".

AzVision.az


Teqlər: Hicran-Hüseynova  





Xəbər lenti