Azərbaycan və Türkiyə HHQ arasında qərargah danışıqları keçirilib

Azərbaycan və Türkiyə HHQ arasında qərargah danışıqları keçirilib
  24 Noyabr 2017    Oxunub:3038
Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   Müdafiə-Nazirliyi   HHQ  





Xəbər lenti