Milli Məclisdə komitə iclası keçirilib

Milli Məclisdə komitə iclası keçirilib
  24 Noyabr 2017    Oxunub:1100
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda “Həmkarlar İttifaqları haqqında”, “Məşğulluq haqqında”, Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə edilib.

Layihələr barədə komitə sədri Hadi Rəcəbli məlumat verib. Bu qanunlara ediləcək dəyişiklik texniki xarakterlidir.

Müzakirələrdən sonra layihələr parlamentin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Komitə  





Xəbər lenti