Tütün istehsalçıları xeyriyyəçiliklə məşğul ola biləcəklər

Tütün istehsalçıları xeyriyyəçiliklə məşğul ola biləcəklər
  24 Noyabr 2017    Oxunub:1241
Azərbaycanda tütün istehsalçıları xeyriyyəçiliklə məşğul ola biləcəklər.
AzVision.az xəbər verir ki, bununla bağlı Milli Məclisdə hazırlanan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində düzəlişlər edilib.

Belə ki, Milli Məclisdə ikinci oxunuşda qəbul edilən qanun layihəsində “sponsorluq” və “xeyriyyəçilik” anlayışları eynililəşdirilirdi.

Üçüncü oxunuşa hazırlanan qanun layihəsinə bununla bağlı düzəlişlər edilib. Belə ki, tütün şirkətlərinin əvəzsiz xeyriyyəçilik fəaliyyətinə məhdudiyyət qoyulmayacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti