“Qadınları evdən çıxmağa qoymurlar” - Komitə sədri

“Qadınları evdən çıxmağa qoymurlar” - Komitə sədri
  24 Noyabr 2017    Oxunub:1457
"Azərbaycanda qadınlar fiziki zorakılıqdan çox psixoloji zorakılığa məruz qalır"
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanlı Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, bəzən qadınları evdən çıxmağa, işləməyə, ana-atası ilə əlaqəda olmağa qoymurlar: "Qanunvericilikdə mükəmməl qanunlar qəbul edilsə də, hər bir ailənin yazılmayan qanunları var. Qadınlar azadlıqdan məhrum olunduğu üçün psixoloji zorakılıq halı fiziki zorakılıqdan üstün olur. Cəmiyyətdə bir komitə bu işin öhdəsindən gələ bilməz. Hər bir insan bu posesə qoşulmalı və məlumat verməlidir".

Aytən Zəhra
AzVision.az



Teqlər: Aqiyə-Naxçıvanlı  





Xəbər lenti