Futbolçu qızlarımızın rəqibləri bilindi

Futbolçu qızlarımızın rəqibləri bilindi
  24 Noyabr 2017    Oxunub:1261
Bu gün İsveçrənin Nyon şəhərində 19 və 17 yaşadək qızlardan ibarət milli komandalar arasında AVRO-2018-in elit raundunun, həmçinin 2019-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşadək futboçulardan ibarət Azərbaycan yığması AVRO-2018-in elit raundunda Almaniya, İrlandiya, və İslandiya ilə bir qrupda yer alacaq. AVRO-2019-un seçmə mərhələsində isə rəqiblər İngiltərə, İslandiya və Moldova olacaq.

19 yaşadək futboçulardan ibarət Azərbaycan yığması isə AVRO-2018-in elit raundunda Fransa, Belçika və Finlandiya ilə, AVRO-2019-un ilkin seçmə mərhələsində isə İsveçrə, Türkiyə və Kiprlə mübarizə aparacaq.

AzVision.az


Teqlər: AFFA   Futbol  





Xəbər lenti