Prezidentdən təbrik məktubu

Prezidentdən təbrik məktubu
  24 Noyabr 2017    Oxunub:1250
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Draqan Çoviçə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına daim sülh və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti