Dövlət Komissiyası: Əsgərin meyitinin qaytarılması üçün tədbirlər görülür

Dövlət Komissiyası: Əsgərin meyitinin qaytarılması üçün tədbirlər görülür
  25 Noyabr 2017    Oxunub:2254
Əsgər Bəhruz Cəlilbəylinin meyitinin qaytarılması üçün müvafiq tədbirlər görülür.

AzVision.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Vurğulanıb ki, Hazırda Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlər davam etdirilir. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, noyabrın 23-də Ermənistan– Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində tapılan və 2017-ci il sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Ermənistan ilə sərhəd ərazisində itkin düşmüş əsgər Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyitin qaytarılması ilə bağlı müvafiq prosedurlara uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.

AzVision.az


Teqlər: Komissiya   Əsgər   Meyit  





Xəbər lenti