Şəhidin medalı oğluna verildi - Fotolar

Şəhidin medalı oğluna verildi - Fotolar
  25 Noyabr 2017    Oxunub:7003
2017-ci ilin fevralında düşmən təxribatlarının qarşısını alarkən həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Fuad Fərhad oğlu Qafarovun ölümündən sonra təltif edildiyi medalın ailəsinə təqdim olunması ilə əlaqədar Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Azərbaycan Müdafiə Nazirliyindən AzVision.az-in verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək 2018-ci ildə yüz illiyini qeyd edəcəyimiz Azərbaycan Ordusunun tarixindən danışıb, müasir ordumuzun Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun varisi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd olunub ki, əsl mütəşəkkil ordunun yaranması, formalaşması Ulu Öndərimizin adı ilə bağlıdır və bu, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir.



Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda aparılan uğurlu islahatların xaçmazlılar tərəfindən də həmişə böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan icra başçısı Azərbaycan Ordusu ilə fəxr etdiklərini, ona arxalandıqlarını və bu ordunun tezliklə Qarabağdan qələbə müjdələri gətirəcəyinə əminliklərini bildirib. Aprel döyüşlərini xatırlayan Ş.Xanbabayev həmin günlərdə bütün xalqımız kimi hər bir xaçmazlının da Ali Baş Komandanın əmrlərinə hazır olduğunu və bu gün də qələbə əhval-ruhiyyəsi ilə yaşadığını nəzərə çatdırıb.



Bu döyüşlərdə Xaçmaz rayonu da şəhid verməsinə baxmayaraq əhali ruhdan düşməyib və öz şəhidini alqışlarla son mənzilə uğurlayıb. Şəhid Fuad Qafarov məhz aprel şəhidlərinin intiqamını alan igid oğullarımızdandır.Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov çıxış edərək şəhidlərin heç vaxt unudulmaıdığını, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. O, övladının Vətən uğrunda şəhid olduğundan böyük qürur hissi keçirdiyini qeyd edərək xaçmazlı şəhidin valideynlərinə, doğmalarına da səbr, dözüm arzulayıb. Polkovnik Abdulla Qurbani müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş F.Qafarovun Azərbaycan Respublikasının Prezidenti adından “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif olunması barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrini tədbir iştirakçılarına çatdırıb və medal alqışlar altında şəhidin oğlu Fəridin yaxasına sancılıb.



Dörd yaşlı şəhid övladının “Azərbaycan Respublikasına xidmət edirəm!” deməsi bütün tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Şəhidin atası Fərhad Qafarov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Bir qrup hərbi qulluqçu və döyüşçü F.Qafarovun ailə üzvləri şəhidin məzarını ziyarət edib, ehtiram əlaməti olaraq qarşısına qırmızı qərənfillər düzüblər.

AzVision.az




Teqlər: şəhid   medal  





Xəbər lenti