Rusiya FTX rəhbərinin oğlu Bakıda bank müdiri seçildi - FOTO

Rusiya FTX rəhbərinin oğlu Bakıda bank müdiri seçildi - FOTO
  27 Noyabr 2017    Oxunub:5966
“VTB Azərbaycan” bankının Müşahidə Şurasının sədri vəzifəsinə Bank VTB (PSC) idarə heyəti sədrinin müavini Denis Aleksandroviç Bortnikov seçilib.

Bu barədə AzVision.az-a “VTB Azərbaycan”-dan məlumat verilib.
Denis Aleksandroviç 20 ildən artıqdır ki, bank sahəsində və bu müddətin 11 ilini VTB Qrupda çalışır. O, ali təhsilini Sankt-Peterburq İqtisadiyyat və maliyyə universitetində alıb və 1996-cı ildə universiteti “milli iqtisadiyyat” ixtisası üzrə bitirib.

Aleksandroviç Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin qəyyumluq və “Leninqrad vilayətinin ticari-sənaye palatası” Assosiasiyasının şuralarına daxildir.

Qeyd edək ki, Denis Bortnikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikovun oğludur.





Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Bank   Rusiya   FTX  





Xəbər lenti