Amerikalı politoloq: “Ermənistan Azərbaycana qarşı terror törədib”

Amerikalı politoloq: “Ermənistan Azərbaycana qarşı terror törədib”
  28 Noyabr 2017    Oxunub:3949
"Ermənistan qonşusu olan Azərbaycana qarşı terror törədib və bunun nəticəsində Azərbaycan xalqı itki və acılar yaşayıb".
AzVision.az xəbər verir ki, bunu ABŞ-dan olan jurnalist, siyasi təhlilçi Piter Teys "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Politoloq bildirib ki, Avropa İttifaqı, ABŞ kimi aparıcı qlobal güclər ermənilər tərəfindən günahsız azərbaycanlılara qarşı törədilən terrora səssiz qalır: "Mən dünyanı Robert Koçaryan və Serj Sarkisyanın faşist rejiminə reaksiya verməyə çağırıram. Ermənilər Dağlıq Qarabağ vasitəsi ilə dünyaya narkotik vasitələr ixrac edir. Bundan həm siz, həm də Qərb əziyyət çəkir".

P.Teys qeyd edib ki, Ermənistan Azərbaycan xalqına çox əziyyətlər verib, Azərbaycanın etno-mədəni irsini dağıdıb, ölkənin ətraf mühitinə böyük zərər verib: “Mən öz araşdırmama əsasən deyə bilərəm ki, Ermənistan hökuməti Avropaya, bütün dünyaya bir təhdiddir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Amerika   Politoloq   Ermənistan   Qarabağ  





Xəbər lenti