Ali Hərbi Məktəbin kursantlarının çöl çıxışları başlayıb - Fotolar

Ali Hərbi Məktəbin kursantlarının çöl çıxışları başlayıb - Fotolar
  28 Noyabr 2017    Oxunub:3846
Döyüş hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) dördüncü kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışı başlayıb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədris prosesinin təqvim qrafiki əsasında icra olunan çöl çıxışının əsas məqsədi praktiki dərslərdə atəş vasitələrindən istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi, eləcə də döyüş texnikasının düzgün istismarı qaydalarının və döyüşdə bölmələrin inamla idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Səhra şəraitində keçiriləcək məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkar olunması və onların atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif döyüş vasitələri nümunələrindən istifadə vərdişləri və digər tapşırıqları icra edəcəklər.











AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Hərbi-məktəb   Kursant  





Xəbər lenti