Bakıya gələn erməni tədqiqatçı: “Zamanla hər şey düzələcək”

Bakıya gələn erməni tədqiqatçı: “Zamanla hər şey düzələcək”
  28 Noyabr 2017    Oxunub:2706
"Xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır. 27 ildir bütün variantlar irəli sürülüb. Yeganə müsbət cəhət odur ki, geniş şəkildə hərbi əməliyyatlar başlamayıb".
AzVision.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması"nın idarə heyətinin üzvü, erməni tədqiqatçı Artur Ağacanov deyib.

"Bizim fəaliyyətimizlə bağlı yanaşmalar fərqlidir. Kimsə neqativ, kimsə pozitiv yanaşır. Lakin tədricən insanlar bizə qoşulur və bu bizi sevindirir. Zamanla hər şey düzələcək" - deyə Ağacanov vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Artur-Ağacanov  





Xəbər lenti