Əsgərin meyiti Azərbaycana təhvil verilib - Yenilənib

Əsgərin meyiti Azərbaycana təhvil verilib - Yenilənib
  28 Noyabr 2017    Oxunub:6236
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə görülmüş zəruri tədbirlər nəticəsində noyabrın 23-də Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun tapılmış cəsədi noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində Azərbaycan tərəfinə təhvil verilib.
Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, insidentsiz başa çatan prosesdə Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət qurumlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak ediblər.

***
(12:53)

Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən Azərbaycan əsgəri Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Ermənistan tərəfindən götürülüb.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, hazırda onun meyitinin Azərbaycan tərəfinə qaytarılması ilə bağlı beynəlxalq qurumlarla danışıqlar aparılır.

Komissiya rəsmisi qeyd edib ki, yaxın günlərdə məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Əsgər   Meyit   Ermənistan  





Xəbər lenti