Monitorinq insidentsiz başa çatıb

Monitorinq insidentsiz başa çatıb
  28 Noyabr 2017    Oxunub:1019
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Joviç və Martin Şuster keçiriblər.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Cəbhə   Monitorinq  





Xəbər lenti