Dövlət Komissiyası: Baqdasaryan hərbi əsir sayılmır

Dövlət Komissiyası: Baqdasaryan hərbi əsir sayılmır
  28 Noyabr 2017    Oxunub:2188
"Azərbaycanda saxlanılan 2 erməni diversantdan biri Arsen Baqdasaryanla bağlı məhkəmənin qərarı olub. Həmin şəxs təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub. O, hərbi əsir sayılmır, çünki o şəxs məhkəmənin qərarı ilə həbs olunub".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədov qeyd edib ki, digər şəxs-Zaver Karapetyanla bağlı beynəlxalq təşkilatlarla müəyyən işlər görülür: "Hələlik həmin şəxs Azərbaycanda saxlanılır. Onun saxlanma şəraiti bütün beynəlxalq normalara və standartlara uyğundur. Beynəlxalq təşkilatlar humanitar hüquq normalarına uyğun olaraq istənilən vaxt ona baş çəkir. Azərbaycan hər zaman öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Eldar-Səmədov  





Xəbər lenti