Doroxin: “9 il əvvəl Azərbaycana siyasi təlimatla gəlmişdim”

Doroxin: “9 il əvvəl Azərbaycana siyasi təlimatla gəlmişdim”
  28 Noyabr 2017    Oxunub:3394
“Mən 9 il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla - münasibətləri hərtərəfli möhkəmləndirmək üçün gəlmişdim”
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycanda sabiq səfiri Vladimir Doroxin səfirliyin saytında dərc edilmiş müraciətində bildirib.

Doroxin qeyd edib ki, bu təlimatı yerinə yetirmək onun üçün çətin olmayıb:

“Mənim önümdə qapılar açıq idi. Azərbaycan da Rusiya ilə eyni məqsəd– ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün çalışırdı. Səfirliyin və şəxsən mənim işimə göstərdiyi diqqətə görə azərbaycanlılara minnətdarlığımı bildirirəm. Biz bir-birimizi daha yaxşı başa düşməyi, münasibətlərimizdə olan ən yaxşı şeylərə qiymət verməyi öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin səmimi xarakterini milyonlarla insan öz üzərində hiss edib”.

Diplomat qeyd edib ki, Rusiya və Azərbaycan miqyasına, mentalitetinə, mədəniyyətinə görə fərqli ölkələrdir.

“Bizim bir çox məsələlərdə müxtəlif siyasi maraqlarımız mövcuddur. Buna baxmayaraq, biz bir-birimizlə yola getməyi öyrənmişik. İnanmaq istəyirəm ki, bütün çətinliklər və yeni çağırışlara baxmayaraq, əldə olunan təcrübə bundan sonra da hər iki ölkə və xalqların maraqları üçün istifadə olunacaq. Sizi əmin edirəm ki, Rusiya həmişə məhz buna can atacaq. Çünki bizim cənub sərhədlərimizdə sabit və çiçəklənən Azərbaycan görməkdən başqa böyük marağımız yoxdur”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Doroxin  





Xəbər lenti