Azərbaycanlı gənc yaddaş çempionu oldu – Foto+Video

Azərbaycanlı gənc yaddaş çempionu oldu – Foto+Video
  28 Noyabr 2017    Oxunub:6343
Noyabrın 25-26-da Türkiyənin İstanbul şəhərində "Memoriad 2017: Yaddaş, Zehni Riyaziyyat ve Sürətli Oxuma Çempionatı" keçirilib. 8 ölkədən 102 ən güclü beyin idmançılarının iştirak etdiyi yarışda həmyerlimiz Orxan İbadov qalib gəlib.
Orxan İbadov "İkili Rəqəmlər” (15 Dəqiqə) kateqoriyasında "0" və "1" rəqəmlərindən ibarət 885 qarışıq rəqəmi yaddaşında saxlayıb, olduğu kimi sırayla yerinə düzərək, Türkiyə Yaddaş Çempionu adına layiq görülüb.

Orxan İbadov eyni zamanda iki kateqoriyada gümüş medal qazanıb. Belə ki, o, “İkili Rəqəmlər” (5 Dəqiqə) kateqoriyasında 270 rəqəmi yaddaşında saxlayıb.



Digər nəticə isə Oyun Kartları kateqoriyasında əldə olunub. O, 52 oyun kartını 90 saniyə ərzində yaddaşına yerləşdirərək, yenidən səhvsiz düzə bilib.

Bu, Azərbaycanın Yaddaş Yarışları tarixində əldə etdiyi ən yüksək nailiyyət və ilk qızıl medaldır. Orxan İbadov bu nəticə ilə həm də Azərbaycanın ən güclü yaddaş atleti adını qazanıb.



Qeyd edək ki, Memoriad oyunları Türkiyədə və Dünyada keçirilən ən qabaqcıl beyin yarışması hesab olunur.





AzVision.az



Teqlər: #Memoriad   #Yaddaş-yarışı  





Xəbər lenti